Məktəblərdə 7 gün dərs olmayacaq
Azərbaycanda ümumi təhsil müəssisələrində payız tətilinin vaxtı açıqlanıb.
BAKU.WS xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-dan başlayacaq və noyabrın 20-dək davam edəcək.
Noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyindən bəzi məktəblərdə şagirdlər üçün istirahət müddəti ümumilikdə yeddi gün olacaq.
Qeyd edək ki, təhsil müəssisələrində dərslər noyabrın 23-də yenidən başlayacaq.
Mənbə: baku.ws