Fransa İranın Parisdəki səfirini kiberhücumlarla bağlı çağırıb
Fransa Xarici İşlər Nazirliyi ölkənin yüzlərlə supermarketində soyuducu sistemlərin sıradan çıxmasına səbəb olan genişmiqyaslı kiberhücumda İranın əli olduğu barədə iddialarla əlaqədar İranın Parisdəki səfirini çağırıb.
Bu barədə Fransa XİN-in bəyanatında bildirilib.
Fransa rəsmilərinin sözlərinə görə, oktyabr ayında ölkə üzrə kommersiya soyuducu sistemlərinin fəaliyyətini pozan kiberhücumların arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanıb.
Mənbə: anews.az