Image

Azərbaycan XİN Polşaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində insan tələfatı ilə nəticələnən silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib.Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir", – paylaşımda bildirilib.

Qeyd edək ki, Krakovun baş meydanında baş verən atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın şəxs yaralanıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Sumqayıtda avtomobil yanıb