Yaponiyada quş qripi xəbərdarlığı - 200 min toyuq məhv ediləcək
Yaponiyanın Kioto prefekturasında quş qripi xəbərdarlığı elan edilib.
Kioto Prefektura Hökumətinin açıqlamasına görə, Kameokadakı bir fermada çoxsaylı toyuqların şübhəli şəkildə ölməsindən sonra aparılan testlər quş qripinin yüksək yoluxucu "H5" variantının mövcudluğunu aşkar edib.
İlin ilk quş qripi epidemiyasının qeydə alındığı Yaponiyada 200.000 toyuqun məhv ediləcəyi və karantin altında olan fermanın ətrafındakı 10 kilometr radiusun məhdudlaşdırılmış ərazi elan edildiyi açıqlanıb.
Ehtiyat tədbiri olaraq, müəssisənin 3 kilometr radiusunda yerləşən fermalardan toyuq və yumurta daşınmalarının dayandırıldığı açıqlanıb
Mənbə: anews.az