Deputat: Şükürbəylidə tikilən musiqi məktəbi hələ də tam fəaliyyət göstərmir
Milli Məclisin deputatı Ceyhun Məmmədov Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikilən musiqi məktəbinin fəaliyyətinin hələ də tam təmin olunmadığından narahatdır.
Deputat parlamentdə çıxışı zamanı məsələnin bir neçə dəfə qaldırıldığını xatırladaraq aidiyyəti qurumları problemin həllinə diqqət yetirməyə çağırıb.
“Cəbrayılın Şükürbəyli kəndində cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə musiqi məktəbi tikilibdir. Amma bu musiqi məktəbinin bu günə kimi fəaliyyəti tam təmin olunmayıb. Mən bu məsələni bir neçə dəfə qaldırmışam, xahiş edirəm, bu məsələyə yenidən baxılsın və xüsusi diqqətdə saxlanılsın”, - Məmmədov bildirib.
Mənbə: anews.az