18-ci əsrə aid tövlə taxtalarından tikilən evə 5,5 milyon dollar ödədi
Məşhur model Bella Hadidin yeni 5,5 milyon dollara aldığı malikanəsi müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görө, 30 yaşlı modelin ABŞ-nin Kolorado ştatındakı "Crested Butte" qəsəbəsində yerləşən evi unikallığı ilə xeyli maraq yaradıb.
Belə ki, onun külli miqdarda pul ödədiyi evin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır.
Ərazidə bir vaxtlar kömür mədənçilərinin istifadə etdiyi iki köhnə ev yerləşib. 1999-cu ildə dərə sahilindəki bu torpaq sahəsini alan əvvəlki sahibləri Kurrier cütlüyü, dağılmaq üzrə olan mülkü bərpa etdirib.
2001-ci ildə tamamlanan layihədə köhnə madənçi evləri qorunub saxlanılaraq müasir yaşayış sahəsi ilə birləşdirilib.
Taxtalar sökülməzdən əvvəl tək-tək nömrələnib, yeni təməl hazır olduqdan sonra isə eynilə əvvəlki yerlərinə yığılıb.
Villanın dizaynda da tarixi detala üstünlük verilib, döşəmələr üçün Vircinia ştatındakı XVIII əsrə aid köhnə tövlədən gətirilən şam taxtalarından, qonaq otağının tavanında isə Kolumbia çayı sahilindəki anbardan alınan taxta tirlərdən istifadə edilib.
Hətta tirlərin üzərindəki qədim dəmir boltlar belə toxunulmaz olaraq saxlanılıb.
Təxminən 186 kvadratmetr sahəni əhatə edən villa 3 yataq və 3 sanitar qovşaqdan ibarətdir.
Evin ən diqqət çəkən cəhəti isə qeyri-adi mərtəbə planıdır.
Digər evlərdən fərqli olaraq, burada yataq otaqları alt mərtəbədə, ümumi yaşayış sahələri isə üst mərtəbədə yerləşir.
Xatırladaq ki, oktyabrda yenidən "Victoria"s Secret" podiumuna çıxan Bella, gərgin iş qrafikindən sonra təbiət qoynunda dincəlməyə üstünlük verir.



Mənbə: baku.ws