Image

Bakıda transformator YANIB - VİDEO

Ötən gecə paytaxtın Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən transformatorda partlayışla müşahidə edilən yanğın baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, baş verən alışma son 1 həftədə 2-ci belə haldır:

"Müvəqqəti təmir edilsə də, dünən yenə partlayış oldu, daha sonra isə yanmağa başladı. Sakinlər qorxu içində küçələrə çıxmışdı. Üstəlik transformator yaşayış evlərinə və marketə çox yaxın ərazidə yerləşir. Bu da təhlükəni daha da artırır". 

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Bakı şəhərinin Binəqədi rayonunda gücü 630 kvA olan transformatorun yanar hissələri və 30 p.m giriş-çıxış kabeli yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS

Xəbər lenti

Xəzərdə zəlzələ olub