Image

Olimpiya çempionlarımız Şəhidlər xiyabanını ziyarət edib - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev Şəhidlər xiyabanını ziyarət edib.

BAKU.WS-in məlumatına görə, çempionlarımız şəhidlərin məzarına gül qoyub.

Xatırladaq ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.

BAKU.WS

Xəbər lenti

Brent neft bahalaşıb

Xəzərdə zəlzələ olub