Image

Azərbaycan "Azəri-Çıraq-Günəşli"dən nə qədər gəlir əldə edib?

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yeddi ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataq bloku üzrə gəlirləri 13,23 faiz azalıb.

Bu barədə ARDNF məlumat yayıb.

Bildirilib ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb