Azərbaycanın neft və qaz gəlirləri AZALDI - STATİSTİKA
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirində azalma qeydə alınıb.
Gundem.az ARDNF-in açıqladığı məlumata istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Fondun AÇG üzrə gəliri 3,608 milyard dollar, “Şahdəniz” üzrə gəliri 364,5 milyon dollar olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədən görünür ki, bu il neft və qaz yatağı üzrə gəlirlərdə azalma var.
Ötən ilin ilk 7 ayında AÇG yatağından 4,16 milyard dollar, “Şahdəniz” yatağından 1,14 milyard dollar gəlir əldə edilmişdi. Bu il AÇG üzrə gəlirlər 552 milyon dollar, “Şahdəniz” üzrə gəlirlər isə 775,5 milyon dollar azalıb.(sfera.az)