Bakıda 2 avtomobil toqquşub - VİDEO
Bakının Xətai rayonu, Gənclər Parkı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Bildirilib ki, "Volkswagen" markalı maşınla KİA markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərə ziyan dəyib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan və ölən olmayıb.
Görüntüləri təqdim edirik:
BAKU.WS