"Qarabağ"ın futbolçusu: Bu komandaya hörmət edin - FOTO
"Qarabağ"ın futbolçusu Kevin Medina Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.
31 yaşlı müdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.
Komanda ilə birlikdə fotosunu yayımlayan kolumbiyalı oyunçu "Bu komandaya hörmət edin",-deyə yazıb.
BAKU.WS
