Image

"Skype" fəaliyyətini dayandırır

Bir zamanlar insanların internet üzərindən görüntülü danışmaq üçün istifadə etdikləri yeganə proqram olan "Skype" fəaliyyətini dayandırır. Gundem.az "BBC"-yə istinadən xəbər verir ki, “Microsoft” 2025-ci ilin may ayında “Skype” xidmətini dayandıracağını açıqlayıb.

Şirkət istifadəçiləri “Microsoft Teams” platformasına keçməyə təşviq ediləcəyini qeyd edib.

Xatırladaq ki, “Skype” ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə “Zoom” və “Slack” kimi rəqiblərlə rəqabət aparmaqda çətinlik çəkən “Skype”, xüsusilə pandemiya dövründə “Teams”in populyarlığının artması ilə kölgədə qalıb.

Mənbə: gundem.az

Xəbər lenti

Bakıda bina yanır