100 illik ayaqqabı markası müflis oldu
100 ildən çox fəaliyyət göstərən məşhur qadın ayaqqabı markası "Wittner" iflas edib.
Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın ən məşhur brendlərindən biri olan "Wittner" maliyyə çətinlikləri səbəbindən iflas proseduruna başlayıb
1912-ci ildə əsası qoyulan məşhur qadın ayaqqabı markasının Avstraliya və Yeni Zelandiyada 20-dən çox, David Cons və Myerdə isə 25 mağazası var.
Şirkətin iflas prosesinin əsas səbəbləri arasında artan kirayə haqqı və personal xərcləri, təchizat zəncirinin pozulması və çətin bazar şərtləri var. Bildirilib ki, son 12 ayda satış artımı müşahidə olunsa da, bu artım əməliyyat xərclərini ödəməyə yetərli olmayıb.