Qızıldan tort satışa çıxarıldı - FOTO
Rusiyada qızıldan Pasxa tortu (Kuliç) və “Pasxa Ayfon” hazırlanıb.
Gundem.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Caviar” şirkəti bayram ərəfəsində eksklüziv kolleksiya təqdim edib.
Belə ki, yeməli qızıl və qiymətli daşlarla bəzədilmiş tort və “Ayfon 16 Pro “Guardian Angel” smartfonu satışa çıxarılıb.
“Pasxa tortunun xüsusi resepti və dizaynı neyron şəbəkələrdən istifadə edilməklə hazırlanıb. O, yaqut və zümrüdlərlə də bəzədilib. Dizaynın hər bir detalı əl ilə yaradılıb. Prosesə peşəkar şirniyyatçılar və ustalar cəlb edilib. Onun dəyəri 2,67 milyon rubldur (təxminən 55 min manat). Telefonun qiyməti isə 599 min rubldan (təxminən 13 min manat) başlayır”, – deyə şirkətdən bildirilib.