18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR
Arxeoloqlar axtarış zamanı bir gəminin qalıqlarını tapıblar. Onlar düşünürlər ki, tapılan qalıqlar yüz illər əvvəl tarixin ən bədnam dəniz quldurlarından birinin qurbanı olmuş gəmiyə aiddir.
Gundem.az xəbər verir ki, bu barədə "Wreckwatch" jurnalında məlumat verilib.
Afrikanın Nusi Borxan adası yaxınlığında batmış və "Nossa Senhora do Cabo" kimi tanınan Portuqaliya gəmisinin 1721-ci ildə 18-ci əsrin ən qorxulu qarətçilərindən biri olan fransız pirat Oliver Levasser tərəfindən talan edildiyi güman edilir.
Tarixi Gəmilərin Qorunması Mərkəzindən amerikalı arxeoloqlar Brendon Klifford və Mark Aqostini öz tapıntılarını 16 illik tədqiqata əsaslandırıblar. Onlar həmçinin 3000-dən çox artefakt tapıblar. Və yükün ümumi dəyəri bugünkü pulla təxminən 138 milyon dollardır.
Kəşfiyyatçı arxeoloqlar gəminin konturuna uyğun gələn balast yığınını tapdıqdan sonra Madaqaskarın şimal-şərq sahillərində, Nusi Boraxidən cəmi 400 mil aralıda onun qalıqlarını aşkar ediblər.
Dağıntılar yerində tapılan artefaktlar arasında ərəb yazıları olan sikkələr, dəbdəbəli saxsı qabların qalıqları və oyma dini heykəlciklər var.
Ehtimal olunur ki, "Nossa Senhora do Cabo" gəmisi 1721-ci ilin əvvəlində Qoa arxiyepiskopu və Mozambikdən olan 200-dən çox qulla Hindistanın Qoa adasından yola düşüb.
Qeyd edək ki, gəmi Portuqaliyada təyinat yerinə çatmazdan əvvəl, Levasserin rəhbərlik etdiyi pirat donanması tərəfindən ələ keçirilib. /Publika.az