“Zirə” qələbə qazanıb “Qarabağ”a çatdı
Azərbaycan Premyer Liqasının 13-cü turunda “Zirə” səfərdə “Kəpəz”lə qarşılaşıb.
Gundem.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu zirəlilər 2:0 hesablı qələbəyə sevinib.
Bununla da onlar xallarının sayını “Qarabağ”a çatdırıblar.
Azərbaycan Premyer Liqası 13-cü tur
“Kəpəz” – “Zirə” 0:2 Qol: Leroy Mikels, 61, İssa Cibrila, 84