Image

Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - Video -Yenilənib

Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.

Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O "Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.

 

20:12

Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.

Azərbaycanı müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.

Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə - Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.

Xəbər lenti