"Qayınana"nın ssenaristi vəfat etdi
"Qayınana", "Qəribə adam", "Narahat adam" və digər məşhur filmlərin ssenari müəllifi, aktrisa Marqarita Maleyeva dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə aktyor Cavanşir Hadıyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xatırladaq ki, Marqarita Maleyeva SSRİ və Azərbaycan SSR Xalq artisti, tanınmış rejissor Əjdər İbrahimovun həyat yoldaşı olub.