Image

Yaşına görə xeyli cavan görünən 74 yaşlı qadın sirrini açıqlayıb

74 yaşlı amerikalı qadın, öz yaşına nisbətən xeyli cavan görünməsinin sirrini bölüşüb. Söhbət Los-Ancelesdən olan baş aşpaz Babett Devisdən gedir. O, gənc görünüşünü kosmetik prosedurlarsız və bahalı dəriyə qulluq vasitələrisiz qoruduğunu deyir.

BAKU.WS xəbər verir ki, Devisin sözlərinə görə, onun cavan qalmasında əsas rolu düzgün qidalanma, xüsusilə də müntəzəm olaraq qarpız yeməsi oynayır.

Qadın bildirib ki, mövsüm zamanı o, hər gün qarpız yeyir və bəzən acqarına bütöv bir qarpızı təkbaşına yeyə bilir. O, səhərini məhz bu vərdişlə başlamağı sevir və bunu həyat tərzinin vacib hissəsi hesab edir.

Qarpız likopinlə zəngindir – bu maddə güclü antioksidant təsirə malikdir və qoruyucu xüsusiyyətlər göstərir. Likopin kollagenin parçalanmasını ləngidir və dərinin yaşlandıqca elastikliyini qorumağa kömək edir. Bundan əlavə, qarpızın tərkibində çoxlu miqdarda su və C vitamini var ki, bunlar da dərinin sağlam və təravətli qalmasına şərait yaradır.

Xəbər lenti