Image

Bakıda tələbə oğlan itkin düşüb

Bakının Xətai rayonu ərazisində tələbə itkin düşüb.

Bu barədə BAKU.WS-ə itkin düşmüş şəxsin yaxınları məlumat veriblər.

Bildirilir ki, 17.02.2007-ci il təvəllüdlü Abdinov Vasif Elnur oğlu fevralın 2-də Xətai rayonu, Köhnə Günəşli ərazisində evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda telefon nömrəsinə zəng çatmır.

Qeyd edək ki, Vasif Abdinov Gəncədə təhsil alır. 2-ci kurs tələbəsidir.

Ailəsi narahat olduğu üçün Xətai rayon Polis İdarəsinə müraciət ediblər.

Xahiş olunur ki, həmin şəxs barəsində məlumatı olanlar Xətai rayon Polis İdarəsi ilə əlaqə saxlasınlar.

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb