"Qarabağ"dan ayrılan Nəriman hansı klubda oynayacaq?
Nəriman Axundzadənin "Qarabağ"dan ayrılacağı qətiləşib.
BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını ABŞ-də - MLS təmsilçisi "Kolambus Kru" klubunda davam etdirəcək.
Tezliklə tərəflər arasında müqavilə imzalanacaq.
"Qarabağ"ın bu sövdələşmədən nə qədər qazanacağı hələlik bəlli deyil.
Mənbə: baku.ws