Image

Yanvarda adambaşına düşən ÜDM 884 manat təşkil edib

2026-cı ilin yanvarında Azərbaycanda 9 milyard 78,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % artım deməkdir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri-neft-qaz sektorunda isə 2,3 % artıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 %-ni təşkil edib.

Adambaşına düşən ÜDM isə 884,5 manat olub.

Gülnar Nazimqızı 

Xəbər lenti