Gəncədə azyaşlı qızdırmadan öldü
Gəncə şəhərində körpə ölümü qeydə alınıb.
TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Belə ki, ona dəqiqləşdirilməmiş sepsis və ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi reanimasiya şöbəsində davam etdirilib.
Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
***09:48
Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.
Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.