Bakıda bu yolda sürücülər kütləvi şəkildə maşınlarını "protiv" sürürlər
Paytaxtın Nizami rayonu ərazisində sürücülər əks yolla hərəkət edərək qaydaları kobud şəkildə pozurlar.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Söhbət Tofiq Abbasov küçəsində hər səhər yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasından gedir.
Bildirilir ki, bəzi sürücülər tıxacdan yayınmaq məqsədilə əks yola çıxır, yüksək sürətlə hərəkət edir və bununla da qarşı istiqamətdə gələn avtomobillər üçün təhlükə yaradılar.
