Nərimanovdakı yanğın söndürüldü
Bakı şəhərinin Nərimanov rayonunda yardımçı tikilidə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə məlumat BAKU.WS-ə nazirlikdən məlumat verilib.
***14:17
Bakının Heydər Əliyev prospektində yanğın başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə "Bağırov körpüsü"nün yaxınlığında qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yardımçı tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində davam etdirilir.
Ərazidən kadrları təqdim edirik: