Fövqəladə Hallar Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qalereya









