Image

Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Almaniya kansleri Fridrix Merz Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.Bu barədə Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Sebastian Hille məlumat verib.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Merz ABŞ və İran arasında atəşkəsə nail olunması istiqamətində Pakistanın rolunu yüksək qiymətləndirib. Tərəflər münaqişənin yalnız diplomatik yollarla həllinin mümkün olduğu barədə razılığa gəliblər. 

Xəbər lenti