Image

Lənkəranda meşəlik ərazidə iki nəfərin meyiti tapılıb, cinayət işi başlanıb

Lənkəran rayonunda meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 11-də rayonun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin tapılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı meyitlərin 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovaya məxsus olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Hazırda hadisənin bütün halları, o cümlədən şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılır. Bununla bağlı müvafiq ekspertizalar təyin edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri daxili işlər orqanlarının əməkdaşları ilə birgə davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq