Ağdaşda heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ağdaş rayonunda iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bazar AQTA-nın qiymətləndirməsindən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub.
Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün kliniki baxış platforması, dezbaryerlər və izolyatorlar yaradılıb, heyvanların çəkisi və bədən temperaturunun ölçülməsi üçün avadanlıqlar quraşdırılıb.
Həmçinin heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr ayrılıb, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri qurulub.
Mənbə: anews.az