Image

Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib

Dağıstan və Çeçenistanda güclü yağışların səbəb olduğu daşqınların ağır nəticələri fonunda fövqəladə vəziyyət regional səviyyədən federal səviyyəyə qaldırılıb.Bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov hökumət komissiyasının iclasında məlumat verib.

Nazir qeyd edib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını əlaqələndirmək üçün Dağıstana gedib.

Rəsmi məlumatlara görə, daşqınlar nəticəsində Dağıstanda 6 mindən çox insan zərər çəkib. 

Kurenkov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin qərarına əsasən, daşqınların nəticələrinin aradan qaldırılması üçün onun rəhbərliyi ilə ayrıca hökumət komissiyası yaradılıb.

Onun sözlərinə görə, növbəti tədbirlər həmin komissiya çərçivəsində həyata keçiriləcək.

Xəbər lenti