ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb
ABŞ Pakistan ərazisində İranla aparılan danışıqlar zamanı Tehranın Qətərdə və digər xarici banklarda saxlanılan aktivlərinin dondurulmasının ləğvinə razılıq verib.Bu barədə “Reuters” yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu İranın gəmilərin Hörmüz boağzından təhlükəsiz keçidini nə dərəcədə təmin edəcəyindən asılı olacaq.
Bildirilir ki, bu İslamabadda keçiriləcək İran-ABŞ danışıqlarının gündəliyində əsas məsələlərdən biridir.