İki böyük tanker Hörmüz boğazından geri döndü −“Bloomberg”
“ki boş supertanker Hörmüz boğazından Fars körfəzinə doğru keçməyə cəhd göstərsə də, ABŞ və İran arasında danışıqlar başa çatdıqdan sonra son anda geri dönüb. Bu barədə “Bloomberg” dəniz nəqliyyatı monitorinq sistemlərinin məlumatlarına istinadən məlumat verib.
Agentliyin məlumatına görə, bir gün əvvəl Hörmüz boğazındakı İranın Larek adasına üç tanker gedib. Bu giriş limanında onlardan ikisi - biri Yunanıstan şirkətinə məxsus və İraqa gedən, digəri isə Pakistan bayrağı altında BƏƏ-yə gedən - geri qaytarılıb. Gəmilərin marşrutlarında dəyişikliklər ABŞ və İran danışıqlar qruplarının Pakistanda keçirilən görüş zamanı razılığa gələ bilmədikləri elanı ilə eyni vaxtda baş verib. Agentlik yazır ki, bu, ABŞ, İsrail və İran arasında atəşkəsi təhlükə altına qoyub