Image

Pasha Bank yaxın müddətdə mənfəətdə azalma gözləmir

 

PASHAbank yaxın müddətdə mənfəətdə azalma tendensiyası gözləmir və dördüncü rübdə qeydə alınan zəifləmə müvəqqəti xarakter daşıyır. Bunu Pasha Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, ötən ilin son rübündə mənfəətdə müşahidə olunan azalma əsasən ehtiyatların (provisionların) artımı ilə bağlı olub.

“Artıq növbəti dövrlərdə həmin ehtiyatların bir hissəsinin geri qaytarılması hesabına bərpa prosesinin başladığını müşahidə edirik”, —  o bildirib.

Süleymanov  əlavə edib ki, birinci rüb üzrə maliyyə nəticələri yaxın zamanda açıqlanacaq və orada müsbət dinamikanın müəyyən elementləri əksini tapacaq.

O qeyd edib ki, bankın fəaliyyəti bazar prinsipləri əsasında formalaşır və nəticələr əsasən bazar tələbatından asılıdır.

“Bank fəaliyyəti canlı orqanizm kimidir — müəyyən dövrlərdə artım, digər dövrlərdə isə qısamüddətli azalma mümkündür. Lakin formalaşmış idarəetmə standartları və dayanıqlı infrastruktur uzunmüddətli inkişafı təmin edir”, —  o vurğulayıb.

N.Təbrizli

Xəbər lenti