Hesablama Palatası: büdcədə 299 mln manat uyğunsuzluq aşkarlanıb
Hesablama Palatası 2025-ci ildə büdcə icrası və layihələri üzrə ümumilikdə 299,1 milyon manat uyğunsuzluq aşkar edib. Bu barədə palatanın hesabatında qeyd olunub.
Məlumata görə, 2024-cü ilin büdcə icrasında xərclərin funksional təsnifatı üzrə 290 milyon manat, gəlirlərin uçotunda isə 6,8 milyon manat fərq qeydə alınıb.
2026-cı ilin büdcə layihəsi üzrə isə xərclərlə bağlı uyğunsuzluqlar 236,3 milyon manat təşkil edib.
Hesabatda ümumilikdə 136 tövsiyə verildiyi bildirilib.
Gülnar Nazimqızı