Image

Bəhreyn İraqa nota verib

Bəhreyn İraqın Manamadakı müvəqqəti işlər vəkilini İraq ərazisindən həyata keçirildiyi bildirilən pilotsuz uçuş aparatları hücumlarına görə çağırıb və rəsmi etiraz notası təqdim edib.

Bəhreyn Xarici İşlər Nazirliyi bəyan edib ki, hücumlar krallığı və Körfəz Əməkdaşlıq Şurasına üzv digər ölkələri hədəf alır və buna görə “qətiyyətli qınaq” ifadə olunub.

Nazirlik Bağdadı təhdidlərin qarşısını almaq üçün təcili və məsuliyyətli addımlar atmağa çağırıb.

Bəyanatda əlavə olunub ki, Bəhreyn milli təhlükəsizliyini və sabitliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. 

Xəbər lenti

Bəhreyn İraqa nota verib

Bəhreyn İraqa nota verib