Image

Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başa çatıb - Yenilənib

Vaşinqtonda İsrail və Livan arasında keçirilən danışıqlar başa çatıb.Bu barədə “Axios” portalının müxbiri Barak Ravid məlumat yayıb.

Görüşdə tərəfləri ABŞ-dəki səfirlər Yexiel Layter və Nada Həmmadə-Müavvəd təmsil edib, danışıqlar ABŞ Dövlət Departamentində ABŞ rəsmisinin iştirakı ilə keçirilib. 

Bu, İsrail və Livan arasında son onilliklərdə ilk birbaşa təmas hesab olunur və tərəflər əsasən sərhəd məsələləri və təhlükəsizlik gündəliyini müzakirə ediblər. 

İsrail tərəfi görüşün “məhsuldar” keçdiyini bildirib. Layter sərhədin dəqiqləşdirilməsi və Livanın “Hizbullah”dan azad olunması məsələlərinin müzakirə edildiyini deyib.

O, həmçinin uzunmüddətli perspektivdə Livanın iqtisadi inkişafı və iki ölkə arasında sərhədlərin daha açıq olması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

 

***

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.Bu barədə xarici media xəbər verir.

Danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.

Xəbər lenti

Bakıya dolu yağır - Video