Image

Füzulidə üç itkin şəhid mayın 15-də dəfn olunacaq

Azərbaycanda şəxsiyyəti müəyyən edilmiş üç itkin şəhid mayın 15-də Füzuli rayonu ərazisində torpağa tapşırılacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, Rafiq Şirvan oğlu Cəfərov saat 15:00-da Füzuli rayonunun Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn ediləcək.

Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov isə saat 17:00-da Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında, şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq