İngiltərədə qatar relsdən çıxıb, 11 nəfər xəsarət alıb
İngiltərənin cənubunda təxminən 150 sərnişinin olduğu qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.Bu barədə "Sky News" xəbər verir.
Hadisə East Sussex qraflığının Lyuis şəhəri yaxınlığında baş verib. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Cənub-Şərqi Sahil Təcili Yardım Xidmətinin məlumatına görə, yaralılara hadisə yerində tibbi yardım göstərilib, bəzi şəxslər isə müalicə üçün yerli xəstəxanalara çatdırılıb.
Mənbə: anews.az