Image

Bakının 8 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərində təmir işləri ilə əlaqədar avqustun 14-dən bir sıra küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət saat 08:00-dan etibarən tətbiq olunacaq və təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Məhdudiyyətlər aşağıdakı küçələrin müəyyən hissələrini əhatə edəcək:

Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;

Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;

Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;

Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;

Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;

Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;

Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;

İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.

AAYDA sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı və alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.

Mənbə: anews.az

Xəbər lenti