Image

Ermənistan vətəndaşlarına İstanbulun erməni məktəblərində oxumaq qadağan edilə bilər

Türkiyə Təhsil Nazirliyi İstanbulda fəaliyyət göstərən erməni məktəblərinə Ermənistan vətəndaşı olan uşaqların qəbulunu qadağan edə bilər. Bu barədə "Ermenihaber" nəşri məlumat yayıb.

Məlumata görə, nazirlik nümayəndələri erməni məktəblərinin rəhbərliyinə xəbərdarlıq edərək şagirdlərin ailələrinə övladlarını dövlət məktəblərinə keçirməyi tövsiyə ediblər. Nəşr iddia edir ki, yaxın vaxtlarda oxşar yoxlamalar İstanbuldakı yunan və yəhudi təhsil müəssisələrində də aparıla bilər.

2012-ci ildən qüvvədə olan qaydalara əsasən, xarici vətəndaşlığı olan uşaqlar milli azlıqların məktəblərində "qonaq şagird" statusu ilə təhsil ala bilərdilər, lakin attestat almaq hüququna malik deyildilər. 14 ildən sonra bu qaydanın ləğvi ehtimalı Türkiyənin erməni icması və hüquq müdafiəçiləri arasında narahatlığa səbəb olub.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti