Image

TƏBİB tabeli tibb müəssisələrinə yeni rəhbər təyinatlar olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeli tibb müəssisələrində rəhbər heyətdə yeni təyinatlar həyata keçirib.

Qurumun məlumatına görə, Nizami Tibb Mərkəzinə direktor müavini və doğum evinin rəhbəri vəzifəsinə tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı təyin edilib.

Qaraqurbanlı 1991-2008-ci illərdə dövlət səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi olub. Sonrakı illərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Baku Medical Plazada həkim-mama-ginekoloq kimi fəaliyyətini davam etdirib. O, həmçinin akademik fəaliyyətlə məşğul olaraq Azərbaycan Dillər Universitetində dərs deyib.

TƏBİB-in digər təyinatına əsasən, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini və baş həkim təyin olunub.

Əhmədova 1997-ci ildən səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildən isə mərkəzin laboratoriya şöbəsinə rəhbərlik edib.

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq