“Qalatasaray” rəhbərliyi fransız ulduz üçün hərəkətə keçdi - FOTO
"Qalatasaray"ın "Yuventus"da çıxış edən Adrien Rabiotla maraqlandığı iddia edilir.
BAKU.WS “A spor”a istinadən xəbər verir ki, Cimbom, 1.88 boyu olan ulduz futbolçu üçün hərəkətə keçərək, heyətin keyfiyyətini daha da artırmağı planlaşdırır.
Rabiotun mövsümün sonunda müqaviləsinin bitməsi "Qalatasaray" rəhbərliyi üçün böyük üstünlükdür.
“Transfermarkt” portalının məlumatlarına görə, ulduz fransız yarımmüdafiəçinin aktiv bazar dəyəri 40 milyon avrodur.
Bu mövsüm komandası "Yuventus"la bütün yarışlarda 26 matça çıxan Adrien Rabiot bu yarışlarda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
BAKU.WS

