Image

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin etirazına səbəb olub.Bu barədə Komitənin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilən Göy məscid Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin nümunəsidir.

Komitə mərasim zalına erməni şairin adının verilməsini məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsi cəhdi kimi qiymətləndirib.

Bildirilib ki, abidənin “fars məscidi” kimi təqdim olunması, adının və tarixi kontekstinin dəyişdirilməsi elmi-tarixi yanaşmaya deyil, siyasi məqsədlərə xidmət edir.

Dövlət Komitəsi İran və Ermənistan tərəflərini tarixi faktlara hörmətlə yanaşmağa, dini və mədəni abidələrdən siyasi-ideoloji məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, noyabrın 11-də İrəvanda Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının yazıldığı lövhənin açılışını edib. Gələcəkdə zalda onun büstünün qoyulması planlaşdırılır.

Mənbə: anews.az

Xəbər lenti