Image

"Çelsi"nin baş məşqçisindən qalmaqallı AÇIQLAMA: "Bura sirk deyil"

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino dünən "Mançester Yunayted" üzərində qazanılan inanılmaz qələbəni şərh edib.

Gundem.az bildirir ki, mütəxəssis bu uğuru qeyd edilməyə layiq bilməyib:

"Şənliklər? Mən təlxək deyiləm, məşqçiyəm. Sakit qalmalı və analitik düşünməliyəm, çünki mən Avropanın ən gənc komandalarından birini idarə edirəm. Bura sirk deyil”.

Qeyd edək ki, "Çelsi" dünən 2017-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqası matçında "Mançester Yunayted"i məğlub edib.

Maurisio Poçettino komandasının növbəti rəqibi “Şeffild Yunayted” olacaq. Qarşılaşma aprelin 7-də, bazar günü baş tutacaq. (Sfera.az)

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb