Image

Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın qadın güləşçisi mübarizəni dayandırıb - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançı təsnifat mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gəlib.

Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni dayandırıb.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.

***09:49

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

BAKU.WS xəbər verir ki, yarışın ikinci günündə 5 idmançımız qüvvəsini sınayacaq.

Yarışa 1/4 finaldan qoşulan Mariya Stadnik (50 kq) Dünya və Avropa çempionu yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək.

Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşacaq.

Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir.

Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristova ilə üz-üzə gələcək.

BAKU.WS

Xəbər lenti

Brent neft bahalaşıb

Xəzərdə zəlzələ olub