Image

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.

Gundem.az bildirir ki, o, klubun yaxşı müdafiə olunduğunu söyləyib:

“Bu gecə çox yaxşı müdafiə olunduq. Söhbət sağ qalmaqdan gedirdi. Ancaq "Real Madrid" də elə bir klubdur ki, onunla oynamaq yaşam mübarizəsidir - biz həmişə çıxış yolu tapırıq. Penaltilər seriyası başlayanda biz irəliləyəcəyimizə tam əmin idik”.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının yarımfinalına yüksəlib. “Mançester Siti” ilə cavab görüşü 1:1 (ilk görüş 3:3) hesablı bərabərliklə başa çatıb və penaltilər seriyasında rəqiblərindən daha dəqiq (4:3) çıxıb. İlk zərbələrdən sonra madridlilər 0:1 hesabı ilə uduzsalar da, sonradan vəziyyəti dəyişiblər. (Sfera.az)

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb