Image

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - Yenilənib

Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa edilib və uçuşlar cədvələ uyğun icra olunur.Bu barədə AZAL - dan məlumat verilib.

Şirkətdən bildirilib ki, bölgədə hava şəraiti sabitləşdikdən sonra sözügedən marşrut üzrə uçuşların yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

***

AZAL-a məxsus Bakı–Naxçıvan marşrutu üzrə J2-285 və J2-291 nömrəli reysləri yerinə yetirən təyyarələr əlverişsiz hava şəraiti səbəbindən Bakıya geri qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bölgədə müşahidə olunan ildırımlı hava və dolu səbəbindən təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq saat 21:27 və 21:32-də eniş edib.

Şirkət bildirib ki, əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Sərnişinlər mümkün dəyişikliklər barədə məlumatlandırılacaq, hava şəraiti normallaşdıqdan sonra isə reyslər plan üzrə bərpa olunacaq.

AZAL-ın məlumatına görə, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların qrafikinə təsir göstərib. Bildirilib ki, Naxçıvanın dağlıq relyefi və dəyişkən meteoroloji şəraiti, o cümlədən güclü külək və məhdud görmə məsafəsi uçuş əməliyyatlarına birbaşa təsir edir.

Şirkət qeyd edib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava şəraitinə uyğun operativ qərarlar qəbul olunur.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb