Image

Göyçayda ağac maşının üzərinə aşıb

Göyçayda irigövdəli çinar ağacı avtomobilin üzərinə aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əli Kərim küçəsində qeydə alınıb.

Belə ki, ağac yol kənarında dayan “Hyundai Santa Fe” markalı minik maşınının üzərinə aşıb.

Yolda hərəkət tamamilə məhdudlaşdırılıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda baş vermiş hadisənin fəsadları aradan qaldırılır.

Mənbə: anews.az

Xəbər lenti