Image

Ət istehsalı 5%-ə yaxın artıb

Azərbaycanda 2026-cı ilin yanvar-mayında diri çəkidə 244,4 min ton ət istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkədə 915,3 min ton süd, 988,7 milyon ədəd yumurta və 10,7 min ton yun istehsal edilib.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə süd istehsalı 0,1%, yumurta istehsalı 2,2%, yun istehsalı isə 5,2% azalıb.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Bu ərazilərdə qaz olmayacaq